İrana qarşı bu gün baş verənlərdə bizim də günahımız var. Buna görə də iranlılar bizə satqın kimi baxır.
AzerTimes xəbər verir ki, bu sözləri erməni ekspert, türkoloq Tiran Lokmaqezyan erməni mediasına açıqlamasında deyib.
Lokmaqezyan buna misal kimi Ermənistanın öz ərazisinə Avropa qüvvələrini daxil etməsini göstərib.
O, həmçinin açıq şəkildə işarə edib ki, Zəngəzur dəhlizinin açılmasına qarşı yeganə qüvvə İrandır:
“Əgər İran Zəngəzur yolunun qarşısını hərbi yolla almağa çalışsa, İrana qarşı müharibə başlayacaq. Və bu müharibə Zəngəzurda olacaq.
Əgər İrana qarşı addımlar Zəngəzurdan kənarda olarsa, biz müharibədən qaçacağıq”.