Qazaxıstanın Almatı şəhərində keçirilən Şahmat üzrə Dünya Çempionatında İranın bu yarışlardakı tək şahmatçısı Sara Xadimüşşəriyə İrana qayıtmaqdan imtina edib.
AzerTimes xəbər verir ki, 25 yaşlı şahmatçı hicabsız çıxış etdiyi üçün İranda həbs olunacağını bildirib.
Sara Xadimüşşəriyə yarışlarda hicabsız çıxış etməsini “İranda qadınlara qarşı basqı və repressiyalara etiraz” adlandırıb.
Qeyd edək ki, bir müddət öncə Güney Azərbaycanın Zəncan şəhərindən olan alpinist və qayayadırmanma üzrə tanınmış idmançı Elnaz Rikabi Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Asiya Çempionatında hicabsız çıxış etdiyi üçün İrana qayıtdıqdan sonra təhlükəsizlik məmurlarının basqıları ilə üzləşib və ev dustağı edilib.