İranlı reperin edam hökmü ləğv edildi

İranlı reperin edam hökmü ləğv edildi

İranın Ali Məhkəməsi həbsdə olan iranlı reper Tumac Salehinin edam hökmünü ləğv edib.

AzerTimes xəbər verir ki, bu barədə T. Salehinin vəkili Əmir Rəisyan X hesabında yazıb.

“Tumac Salehinin ölüm hökmü ləğv edildi. Ali Məhkəmə işə yenidən baxılması üçün göstəriş verib”, – Salehinin vəkili qeyd edib.

Qeyd edək ki, Salehi 2022-ci ilin sentyabrında Məhsa Əmininin Əxlaq polisinin nəzarətində öldürülməsi ilə bağlı ümummilli etirazları dəstəklədiyinə görə oktyabrda həbs olunmuşdu.

Teqlər: