İranın “İstiqlal” klubunun qapıçısı Hüseyn Hüseyni meydançada xanım azarkeşi qucaqladığına görə diskvalifikasiya edilib.
AzerTimes xəbər verir ki, məlumatı İranın idman saytları yayıb.
Bildirilir ki, hadisə “İstiqlal”-“Arak” oyunu zamanı baş verib.
Meydançaya qaçan xanım azarkeş 31 yaşlı qapıçını qucaqlayıb. Bu hərəkət islam qaydalarına zidd olduğuna görə oyunçu futboldan uzaqlaşdırılmaqla cəzalandırılıb.
Hüseyni həmçinin 200 milyon rial (təxminən 4500 avro) məbləğində cərimə ödəyəcək.