İranlı naziri dəvət etdiyi üçün istefa verdi

İranlı naziri dəvət etdiyi üçün istefa verdi

Belçikanın regional hökumətinin şəhərsalma və xarici ticarət naziri Paskal Smit Tehranın meri Əlirza Zəkanini Brüsselə səfərə dəvət etdiyi və onun qalma xərclərini dövlət hesabına ödədiyi üçün vəzifəsindən istefa verib.

AzerTimes xəbər verir ki, bu barədə Belçika mediası məlumat yayıb.

Məlumatda Paskalın istefasına belçikalıların sosial media kanallarında onun hərəkətini geniş tənqid etmələrinin səbəb olduğu bildirilib.

Belçikanın müxalifət partiyaları ölkənin xarici işlər naziri Haca Lahbibin istefa verməsini də tələb ediblər.

XİN başçısı parlamentin bəzi nümayəndələrinin etirazına cavab olaraq bildirib ki, Zəkaninin Brüsselə dəvəti Brüsselin imicinin korlanması və şəhər üçün üz qarasıdır.

O, ötən ay Zəkaninin Brüsselə dəvət edilməsi ilə bağlı təklifə mənfi yanaşdığını və bu səfərin məqsədə uyğun olmadığı barədə rəy verdiyini qeyd edib.

Teqlər: