İranın sənaye, mədən və ticarət naziri Seyid Rza Fatimi Əminiyə qarşı impiçment prosesi başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Hüseynəli Hacı Deliqani açıqlama verib.
Qeyd edək ki, bundan əvvəl Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi nazirin impiçmentin qarşısını almaq üçün millət vəkillərinə bahalı və lüks avtomobillər verdiyini açıqlayıb.