İranın hazırkı mədəni irs, turizm və əl işləri naziri, SEPAH-ın raket bölməsinin keçmiş məsulu İzzətullah Zərğami Qəzza tunellərində HƏMAS üzvlərinə raket istehsal etmək qaydaları barədə təlim keçib.
AzerTimes xəbər verir ki, bu barədə nazir İran televiziyasına müsahibəsində deyib.
O, İranın HƏMAS-a hərbi dəstək verdiyini söyləyib, buna nümunə kimi özünün bir müddət Qəzzadakı tunellərdə fəaliyyət göstərdiyini bildirib.