Azərbaycan Respublikası İrana getmək istəyən 1 milyon 700 min turistin qarşısını alıb.
AzerTimes xəbər verir ki, bunu İranın mədəni irs, turizm və əl işləri naziri İzzətullah Zərqami Ərdəbildə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin toplantısında deyib.
O, pandemiyadan sonra Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsini bağladığını deyərək, yenidən açılması ilə bağlı addım atmadığı üçün narahatlığını ifadə edib.
“İran münasibətlərin inkişafında maraqlıdır. Sərhədlərin bağlı qalması isə hər iki xalqı narahat edən məsələdir”, – o iddia edib.