Oktyabrın 6-da İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfər edəcək.
AzerTimes xəbər verir ki, iranlı nazirin 2 günlük səfər çərçivəsində Azərbaycanın bir sıra rəsmiləri, o cümlədən Baş
Nazirin müavini Şahin Mustafayev və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü nəzərdə tutulur.
Səfər çərçivəsində İranla Azərbaycan arasında arasında Astara yük terminalının tikintisi, Astaraçay üzərində avtomobil körpüsünün, gömrük və sərhəd infrastrukturunun yaradılması kimi layihələrin icrası müzakirə ediləcək.
Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da yaxşılaşdırılması müzakirə olunacaq.