Bu gün İranın yol və şəhərsalma naziri Rüstəm Qasımi Azərbaycana səfər edəcək.
Bu barədə AzerTimes-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
İranlı nazir səfər çərçivəsində Azərbaycan və Rusiya rəsmiləri ilə görüşlər keçirəcək.
Sabah Bakıda Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə Şimal-Cənub Dəhlizi haqda iclas keçiriləcək. İclasda bu dəhliz çərçivəsində, əsasən Rəşt-Astara dəmiryolunun tikilməsi, onun tikintisinin sürətləndirilməsi haqda üç ölkənin əməkdaşlıqları müzakirə olunacaq.