İranlı müxaliflərin İsrailə hücuma reaksiyası

İranlı müxaliflərin İsrailə hücuma reaksiyası

İranlılar aprelin 13-dən 14-ə keçən gecə İranın yüzlərlə PUA və raketlə İsrailə hücum cəhdini uğursuz hesab edir. Müstəqil və müxalif media fəalları, şərhçilər və siyasilərin fikrincə, Tehran rejimin addımı onun İsrail ilə bağlı 45 illik təbliğat və iddialarına uyğun deyil.

Bu qəbildən olan bəyanatlardan birini İranın keçmiş şahının oğlu Rza Pəhləvi səsləndirib. O, hakimiyyətin yüz milyardlarla dollar hesabına başa gələn raket proqramının iflasa uğradığını deyib.

Pəhləvi hesab edir ki, xalqın büdcəsindən hərbi layihələrə ayrılan pullar göyə sovrulub.

Müxaliflər Dəməşqdə öldürülən SEPAH komandirlərinin qisası ilə bağlı molla rejiminin təhdidlərin boşa çıxdığı qənaətindədirlər. Hesab edilir ki, hakimiyyətin son addımı ölkə və hakimiyyət daxilində radikal qrupları razı salmaq üçün və daxili auditoriyaya hesablanmış addımdır. Onlar Tehranın, sadəcə, İsrailə qisas hücumunu simulyasiya etdiyini bildirirlər.

Qeyd edirlər kı, İsrailə hücumun simulyasiyası beynəlxalq aləmdə molla rejiminin daha çox sıxışdırılması və sanksiyaların genişləndirilməsi ilə nəticələnəcək.

Teqlər: