İranlı şair Məhəmməd Şeybani bir neçə gün əvvəl Türkiyədə qətlə yetirilib.
AzerTimes xəbər verir ki, İranın hökumət mediası şairin intihar etdiyini yazıb.
Şeybaninin yaxınları isə ölüm səbəblərinin təhrif edildiyini, şairin İran hökumətinə bağlı şəxslər tərəfindən öldürüldüyünü bildiriblər.
Şiraz şəhər şurasının keçmiş üzvü Mehdi Hacəti Şeybaninin anasına istinadən məlumat verib ki, şair qaldığı evdə öldürüldükdən sonra balkondan küçəyə atılıb.