Ruslar “Şahid-136” kamikadze pilotsuz təyyarələrini işə salmaq üçün işğal olunmuş Xerson vilayəti və Krıma iranlı təlimatçılar gətirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
“İranlılar Jeleznı limanı, Qladovtsı (Xerson vilayəti) və Cankoy (Krım) qəsəbələrində yerləşdirilirlər. Onlar ruslara kamikadze pilotsuz uçuş aparatlarından istifadə etməyi öyrədirlər və Ukraynanın mülki hədəflərinə, xüsusən Nikolayev və Odessaya hücumlara birbaşa olaraq pilotsuz təyyarələrin buraxılmasına nəzarət edirlər”, – məlumatda deyilir.
Qeyd olunur ki, iranlı təlimatçılar rusların işğal zamanı ələ keçirdikləri binalarda yerləşdirilib.