İranlı molla Corc Diklə bağlı paylaşım etdi

İranlı molla Corc Diklə bağlı paylaşım etdi

Əli Xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Həsən Amuli sosial mediada İsrailin Azərbaycandakı səfiri Corc Diklə bağlı paylaşım edib.

AzerTimes xəbər verir ki, o, Livanda çəkdirdiyi fotonu paylaşıb.

“İsrailin Azərbaycandakı səfiri sərhədimizə gəlib dedi ki, sizin qulağınızın dibindəyik. Bu, mənim üçün ağır idi, buna görə də Livana səfərim zamanı Marun ər-Rasa getdim və sərhədin sionist qəsəbəsinə baxan tərəfində dayanaraq, 75 ildir müsəlmanların qanını tökən qatili lənətlədim”, – iranlı molla yazıb.

Qeyd edək ki, Həsən Amuli əslən Livanın cənubunda yerləşən Cəbəl Amul bölgəsindədir.

Teqlər: