Niderland hökuməti İranın “Perspolis” futbol klubunun üzvlərinə viza verməyib.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Buna görə də klubun iyulun 30-da Niderlandda təlim planı ləğv edilib.
Vizanın verilməməsi Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar, həmçinin İran klublarında SEPAH-a bağlı şəxslərin olması ilə əlaqəlidir.