Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub.
Bu barədə AzerTimes-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
35 yaşlı pəhləvan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-ü beşinci yeri tutaraq medalsız qalıb.
Qeyd edək ki, Paris-2024 çərçivəsində ötən gün iranlı idmançı Amin Mirzəzadə rəqibi Sabah Şəriəti çiyninə qaldıraraq meydanda gəzdirib. Buna jestə səbəb Şəriətinin karyerasını bitirməsi olub.
Xatırladaq ki, S.Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə edib. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.