İranlı həkim oğlunu buna görə öldürdü, 2 il cəza aldı

İranlı həkim oğlunu buna görə öldürdü, 2 il cəza aldı

Öz oğlunu öldürən iranlı həkimə məhkəmənin verdiyi qərar narazılıqla qarşılaşıb.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, oğlunun narkoman olduğuna görə qətlə yetirdiyini deyən qatil ataya 2 il 1 gün həbs cəzası verilib.

Bu, insan haqları fəallarının etirazlarına səbəb olub, onlar belə yüngül cəzanın oxşar cinayətlərin baş verməsinə səbəb olacağını vurğulayıblar.

Qeyd edək ki, öldürülən gəncin anası da məhkəmədə çıxış edib və ərinin bu cinayəti törətdiyinə görə ondan şikayətçi olmadığını söyləyib.

Teqlər: