İranlı futbolçuya 26 il həbs cəzası verildi

İranlı futbolçuya 26 il həbs cəzası verildi

İranlı futbolçu Əmir Nəsr-Azadani 26 il müddətinə azadlıqdan məhrum edilib.

AzerTimes xəbər verir ki, bu barədə “Frans-Press” məlumat yayıb.

Məlumata görə, o, noyabrın 16-da İsfahan vilayətində təhlükəsizlik qüvvələrinin üç əməkdaşının ölümü ilə nəticələnən insidentdə iştirak edib.

Nəsr-Azadani üç fərqli ittihamla cəzalandırılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu sonuncu dəfə İranın “İrancavan” klubunda çıxış edib.

Teqlər: