Ədaləti iplə qurmaq olmaz, bunu bitirin! Hər gün qan tökməklə, edamla hansı cəmiyyət rahatlıq tapacaq?
AzerTimes xəbər verir ki, bunu Portuqaliyanın “Porto” futbol klubunun və İran millisinin hücumçusu Mehdi Taremi Tvitter hesabında paylaşıb.
“Həbsxanada məhkəməsi neçə ildir davam edən çoxlu korrupsioner və cinayətkar var. Amma bu məzlum gənclər zəif ailələrdən olduqlarına və heç bir yerə bağlı olmadığına görə onları bir göz qırpımında edam edəcəksiniz?” – Taremi yazıb.
Qeyd edək ki, M.Taremi həm də İran millisinin hücumçusudur.