İranlı etnik bəluc BƏƏ-də nazir oldu

İranlı etnik bəluc BƏƏ-də nazir oldu

İranın Sistan və Bəlucistan əyalətindən olan gənc xanım Sarə Əmiri Birləşmiş Ərəb Əmirliklərində təhsil naziri vəzifəsinə təyin olunub.

AzerTimes xəbər verir ki, bu barədə ərəbdilli media məlumat yayıb.

Sistan və Bəlucistan əyalətinin Nikşəhr şəhərindən olan bəluc alim bundan əvvəl BƏƏ-nin Kosmik Agentliyinin və Alimlər Şurasının rəhbəri olub və bu ölkənin “Ümid” kosmik gəmisini Marsa göndərib.

37 yaşlı Sarə Əmirinin ailəsi İranda baş verən islam inqilabından sonra ölkəni tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə sığınıb.

Teqlər: