İranlı ekspert Naxçıvanla bağlı təxribat xarakterli açıqlama verib.
AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalında məlumat paylaşılıb.
Özünü “siyasi ekspert” kimi təqdim edən və daim qatı anti-Azərbaycan açıqlamaları ilə gündəmə gələn Rza Abbasi şəxsi Tvitter səhifəsində Naxçıvanın Came məscidinin şəklini paylaşaraq yazıb:
“Bura Naxçıvandır, görünür ilk öncə İranın Qüdsünü azad etməliyik”.