İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Vahid Cəlalzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması məlumat yayıb.
İranlı parlamentarilərin rusiyalı həmkarları ilə görüşəcəyi, eləcə də dekabrın 5-də KTMT Parlament Assambleyasının iclasında iştirak edəcəkləri bildirilib.