İranlı deputat “nüvə silahımız var” dedi – Nə baş verir?

İranlı deputat “nüvə silahımız var” dedi – Nə baş verir?

İranlı deputatlardan birinin “məncə, biz nüvə silahına sahibik, sadəcə bunu elan etmirik” açıqlaması ABŞ və İsrailə ünvanlanıb. Deputatın sözlərinə görə, İranın ABŞ və İsrailə ayaq uydura bilməsi üçün nüvə silahına sahib olması şərtdir.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, İranın ali dini lideri bir vaxtlar nüvə silahına yiyələnmənin islama zidd olduğunu deyərək Qərbin İrandan əl çəkməsini istəyirdi:

“Ancaq buna inanan az idi, çünki faktlarla sübut olundu ki, İranda gözdən uzaq mərkəzlərdə uranın zəginləşdirilməsi prosesi davam edir. Ekspertlərin rəyi müxtəlifdir, bir qrup iddia edir ki, İran nüvə silahı əldə etməyə çox yaxındır, digər qrup əks fikirdədir. İran hakimiyyəti, dindarları və hərbiləşdirilmiş qruplar bu qənaətdədirlər ki, bölgədə müharibələr İran sərhədinə yaxınlaşır, bundan qorunmağın yolu isə düşmənləri nüvə silahı ilə qorxutmaqdır. Ona görə də Tehran nüvə silahına hələ yiyələnməyibsə belə, bu istiqamətdə çalışmalardan imtina etməyib. İranlı deputat ağalarının fikirlərini səsləndirib”.

Teqlər: