İranlı deputat: Etirazçılar quldurdur, azğınlıq artıb

İranlı deputat: Etirazçılar quldurdur, azğınlıq artıb

Hicab bir-iki həftəyə qadınların başına qayıdacaq.

AzerTimes xəbər verir ki, bu sözləri İslam Şurasının Mədəniyyət Komissiyasının üzvü, millət vəkili Hüseyn Cəlali müsahibəsində deyib.

O, etirazçıları “quldur” adlandıraraq qadın və qızların məcburi hicabdan imtinasını müvəqqəti hesab edib:

“İğtişaşlar artdıqca, quldurlar yola tökülür, azğınlıqlar çoxalır. İğtişaşlar bitəndə bunlar da bitər”.

Əxlaq polisinin ləğv edilməsi məsələsinə toxunan millət vəkili hökumətin məcburi hicabın tətbiqi üsulunu dəyişdirməsi ilə bağlı bunları deyib:

“Metodu dəyişdirməyin səbəbi bundan ibarətdir ki, hicabsız şəxslər hicaba riayət etmədikləri və qanunlara hörmət etməli olduqları ilə bağlı SMS vasitəsilə xəbərdarlıq bildirişi ala bilərlər. Xatırlatmadan sonra xəbərdarlıq mərhələsinə daxil oluruq… Üçüncü mərhələdə isə örtüksüz şəxsin bank hesabı bloklana bilər”.

Teqlər: