İranlı aktrisa rejimi hədələdi: Nəticələr ağır olacaq

İranlı aktrisa rejimi hədələdi: Nəticələr ağır olacaq

Əmin olun ki, bir insanın həyatına son qoyulması və etirazçıların edam edilməsinin nəticəsi sizin üçün ağır olacaq.

AzerTimes xəbər verir ki, bunu iranlı aktrisa Hədiyyə Tehrani İntaqram hesabında yazıb.

Aktrisa 23 yaşlı etirazçı Möhsün Şikarinin edam edilməsini sərt tənqid edib:

“Bu, odun üzərinə benzin tökməkdir”.

Qeyd edək ki, İranın tanınmış incəsənət, mədəniyyət və idman xadimləri təhlükəsizlik və məhkəmə sisteminin təzyiqlərinə baxmayaraq, etirazların yatırılması və Möhsün Şikarinin edam edilməsinə kəskin və açıq reaksiya verməkdə davam edirlər.

Teqlər: