İranla təkbaşına savaşa hazırıq – Diplomat

İranla təkbaşına savaşa hazırıq – Diplomat

İsrail, hətta müttəfiqləri kömək etməsə belə, İranın nüvə silahı əldə etməsinə imkan verməməkdə qərarlıdır.

AzerTimes xəbər verir ki, bunu İsrailin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) keçmiş səfiri Denni Danon İran və İsrail arasında mümkün müharibə ehtimalı ilə bağlı danışarkən deyib.

D.Danon 2018-ci ildə Amerikanın nüvə anlaşmasından çıxmasını yanlış adlandırıb:

“Eyni zamanda Amerikanın nüvə anlaşmasına qayıtması da ciddi səhv olacaq, çünki İran hər bir halda nüvə məqsədlərini həyata keçirməyə çalışacaq və buna nail olmaq üçün mümkün razılaşmada demokratik ölkələrin etibarından sui-istifadə edəcək”.

Teqlər: