İranla Səudiyyə gərginliyi artdı

İranla Səudiyyə gərginliyi artdı

Səudiyyə Ərəbistanı İran İnqilab Keşikçiləri Korpusunun 3 hərbçisini həbs edib.

Səudiyyə Ərəbistanı, özünə aid ərazi sularında neft platformasına hücum etmələri ittihamı ilə, İran İnqilab Keşikçiləri Korpusunun 3 əməkdaşını həbs edib.

Səudiyyə Ərəbistanı tərəfindən verilən açıqlamaya görə, iyunun 17-ə keçən gecə Səudiyyə Ərəbistanının ərazi sularında “El-Mercan” neft sahəsindəki platformaya qayıqlarla hücum cəhdi olub. “Neft sahəsinə hücum təşkil etmək üçün sürətlə yaxınlaşan 3 qayığa dəniz qüvvələrimiz tərəfindən müdaxilə edilib, qayıqlardan ikisinin ərazidən uzaqlaşıb, digəri isə saxlanılıb.

Saxlanılan qayıqda İran İnqilab Keşikçiləri Korpusunun 3 hərbçisi olub və onlar həbs edilib. Silah-sursatın da olduğu qayıqda tutulan şübhəlilərin sorğuları davam etdirilir” — açıqlamada bildirilir.