Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Beyləqan rayonu, Əhmədli kəndində yanğın baş verməsi barədə məlumat
daxil olub.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, məlumatla
əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Beyləqan Rayon
Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb
olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
İran İslam Respublikası ilə sərhəd zolağı boyunca kol-kos və
qamışlıq sahədə baş verdiyi müəyyən olunub.
Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti, o
cümlədən xüsusi təyinatlı texnikaların tətbiqi sayəsində yanğının
daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin
olunub.
Yanğın nəticəsində 50 ha sahədə qamışlıq və kol-kos yanıb.
Ərazidə olan sərhəd kommunikasiya xətləri yanğından mühafizə
olunub.