İranla sərhəddə su bəndlərinin şimalının təhlükəsizliyi Azərbaycana həvalə edilib

Xəbər - Elnir Bağışov – Trend:

İranla sərhəddə Araz çayı üzərində su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini Azərbaycana həvalə olunub.

Bu barədə Trend İranın Azərbaycandakı Səfirliyinin “Twitter” hesabına istinadən məlumat verir.

Məlumata görə, bununla bağlı Azərbaycan Respublikası sərhəd qoşunları komandanları müavinlərinin iştirakı ilə iclas keçirilib.

İclasda sərhəddə Araz çayı üzərindəki müştərək su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini Azərbaycan Respublikasının sərhədçilərinə həvalə olunub.

Teqlər: