İran Milli Neft Şirkəti (NIOC) və Rusiyanın “Qazprom” şirkəti təxminən 40 milyard dollar dəyərində anlaşma memorandumu imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Şana” məlumat yayıb.
Sənəd NIOC-un baş direktoru Möhsün Xocəstəmehr və “Qazprom”un Vitali Markelov tərəfindən onlayn mərasim zamanı imzalanıb.
Sənəddə Kiş və Şimali Pars yataqlarının işlənilməsi, Cənubi Pars yatağında təzyiqin artırılması, 6 neft yatağının işlənilməsi, qaz məhsullarının mübadiləsi, LNG layihələrinin başa çatdırılması, ixrac qaz kəmərlərinin çəkilməsi və digər elmi-texniki əməkdaşlıq nəzərdə tutulur.