İran və dünyanın aparıcı ölkələrinin ABŞ-ın İran neftinə qarşı sanksiyalarının götürülməsinə səbəb ola biləcək nüvə danışıqlarını bərpa etmək barədə razılığa gəlməyi fonunda neftin qiyməti enməyə davam edir.
Trend xəbər verir ki, ABŞ-ın Qərbi Texas nefti 92 sent və ya 1,1% ucuzlaşaraq barrel üçün 79,94 dollara düşüb.
Mütəxəssislərin fikrinə görə, neftin belə tez ucuzlaşması ABŞ-ın neft ehiyyatlarının artmasıyla əlaqəli ola bilər. Qeyd olunur ki, neft qiymətlərindəki enişi şərtləndirən daha vacib amil isə BŞ və İranın nüvə sazişinin bərpası ilə bağlı danışıqları bərpa edəcəyini açıqlaması oldu.