Ermənistanla İran avtomobillərinin istehsalı ilə bağlı ilkin saziş bağlanıb və bunun əsasında plan hazırlanacaq.
AzerTimes xəbər verir ki, bu barədə İranın Ticarətin Təşviqi Təşkilatının rəhbəri Əlirza Payman-Pak məlumat verib.
İran və Ermənistan arasında avtomobil əməkdaşlığı sahəsində barter razılaşmasına toxunan rəsmi əlavə edib ki, bu sahədə iki ölkə arasında heç bir barter müqaviləsi yoxdur.
O vurğulayıb ki, hazırda Ermənistanın özəl sektoru İranda avtomobillər alır və onları öz daxili bazarına ötürür.
Pak qeyd edib ki, Ermənistanın yüksək keyfiyyətli avtomobilləri AİB bazarlarına çıxarması üçün müvafiq imkanlar yaradılıb.