İsrail və onun müttəfiqləri İranla döyüşə girsə, Üçüncü Dünya müharibəsi başlaya bilər.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Hazırda davam edən HƏMAS-İsrail münaqişəsinin miqyasının genişlənməsinin qarşısı alınmazsa, Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər. İsrail və ABŞ qüvvələri İranla döyüşə başlasalar, mütləq cavab alacaqlar. HƏMAS döyüşçülərinin İsrail ərazilərinə hücumunda İranın iştirakına dair faktlar yoxdur. HƏMAS döyüşçülərinin İran istehsalı olan silah-sursatlardan da istifadə etməsi İranın münaqişədə iştirakı demək deyil. Dünyada silah ticarəti gedir və həmin silahlar hər hansı digər qüvvələrin vasitəsilə HƏMAS-ın əlinə keçə bilər”, – o bildirib.