İranla bu saziş artıq anlamsızdır – Qrossi

İranla bu saziş artıq anlamsızdır – Qrossi

Hazırkı formada İranın nüvə sazişi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) tərəflər öz öhdəliklərinə əməl etmədiyi üçün mənasızdır.

AzerTimes xəbər verir ki, bu sözləri MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.

“Təəssüf ki, İranda hər şeyin qaydasında olduğunu demək olmaz. Xatırlayırsınızsa, 2015-ci ildə BHFP-nin əldə edilməsinə görə çoxları sevinirdi. Lakin sonradan – 2018-ci ildə ABŞ sazişdən çıxdı. İran da müqavilənin icrasından tədricən uzaqlaşıb. Müqavilə köhnəlmiş və ya ölü elan edilməsə də, indi anlamsız bir sazişə çevrilib. Heç kim öz öhdəliklərini yerinə yetirməyəcək”, – Qrossi bildirib.

Teqlər: