İranla bağlı BMT-yə qətnamə təqdim edildi: Ləğv edilsin!

İranla bağlı BMT-yə qətnamə təqdim edildi: Ləğv edilsin!

İranın İnsan Haqları Şurasının İctimai Assambleyasına sədrliyinin ləğvi üçün BMT-yə qətnamə layihəsi təqdim edilib.

AzerTimes xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının müşahidəçisi, hüquqşünas Hillel Noyer Tvitter hesabında yazıb.

“İranın bu quruma sədr seçilməsi insan haqları təşkilatına təhqirdir. Bu ədalətsizliyə dözməyəcəyik”, – o bildirib.

Qətnamə layihəsində İran hökumətinin insan haqları sahəsindəki pozuntuları, etiraz aksiyaları zamanı vətəndaşlara qarşı repressiyaları qeyd edilib.

Həmçinin, İranın adıçəkilən qurumun sədrliyindən uzaqlaşdırılması üçün petisiya imzalanıb.

Hazırda petisiyanı 74 min nəfər imzalayıb. İmza sayı 100 minə çatdıqdan sonra onun dünya ölkələri başçılarına göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İranın BMT-nin Cenevrə ofisindəki səfiri Əli Bəhreynin mayın 10-da bu qurumun İnsan Haqları Şurası İctimai Assambleyasının rəhbəri təyin edilməsi insan haqları təşkilatlarının etirazlarına yol açmışdı.

Teqlər: