İranla Azərbaycan regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək.
AzerTimes xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani 28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda deyib.
İranın dövlət başçısı bildirib: “Ölkəniz müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən İran İslam Respublikası ilə Azərbaycan Respublikası iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirmişlər. Əmin olduğumu bildirirəm ki, hər iki ölkə gələcəkdə də zəngin mədəniyyətimizdən və qədim tariximizdən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, əməkdaşlığın, siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək”.