Xəbər - Elçin Mehdiyev – Trend:
İranla Azərbaycan arasında Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi ilin sonun qədər başa çatacaq.
AzerTimes-ın məlumatına görə, bunu Baş nazirin müavini Şahin Mustafayev deyib.
“Körpünün təməli bu gün qoyulacaq ki, qısa müddətdə, bu ilin sonuna kimi inşa edilib təhvil verilsin”, – Ş.Mustafayev deyib.
Qeyd edək ki, bu gün Azərbaycan və İran arasında Astaraçay üzərində avtomobil körpüsünün təməli qoyulacaq. Təməlqoyma mərasiminə Azərbaycan və İran rəsmiləri qatılacaq.
Son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Astaraçay üzərindəki hazırkı avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan) – Astara (İran) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi üzrə iki ölkə arasında saziş imzalanıb.