İranla Azərbaycan arasında tikiləcək yeni körpü yükdaşımaların artımına xidmət edəcək – Şahin Mustafayev

Astara. Sədrəddin Ağcayev – Trend:

İranla Azərbaycan arasında Astaraçay üzərindən yeni körpünün tikintisi yükdaşımaların artımına xidmət edəcək.

Trend-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Astaraçay üzərində yeni avtomobil körpüsünün təməlqoyma mərasimində çıxışı zamanı deyib.

“Astara (İran) – Astara (Azərbaycan) sahəsində körpünün olmaması böyük növbələrin yaranmasına gətirib çıxarır. Yeni körpünün tikintisi bu sahədə problemlərin həllinə kömək edəcək. Həmçinin, yeni körpü yükdaşımaların artımına xidmət edəcək. Bu il ərzində həm Astara terminalının, həm də avtomobil körpüsünün istismara verilməsi planlaşdırılır”, – deyə o bildirib.

Tərcümə: Orxan Nəbiyev)

Teqlər: