İran hakimiyyəti tezliklə Vaşinqtonla məhbus mübadiləsi apara bilər.
AzerTimes xəbər verir ki, bunu İran XİN sözçüsü Nasir Kənani deyib.
“Amerika ilə məhbus mübadiləsi məsələsi ətrafında danışıqlar aparılır. Qarşı tərəf də eyni ciddilik və xoş niyyəti nümayiş etdirərsə, bu, yaxın vaxtlarda baş tuta bilər”, – Kənani bildirib.