Müvafiq razılaşma tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlərlə elə bir şəkildə əldə olunacaq və həyata keçiriləcək ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşu dövlətlərin, müvafiq olaraq Rusiya, İran və Türkiyənin maraqlarına cavab versin.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın Zəngəzur dəhlizinə münasibətini şərh edərkən deyib.
“İran rəsmilərinin Zəngəzur dəhlizinin açılması ideyasından narahatlıqlarını ifadə edən bəyanatlarının şahidi olduq. Mənə elə gəlir ki, siz birbaşa Tehranla əlaqə saxlamalısınız”, – o bildirib.