İranın yüksəkrütbəli polisi qətlə yetirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Məlumata görə, İranın Sistan-Bəlucistan əyalətinin Xaş şəhərinin ictimai təhlükəsizlik üzrə polis rəisinin müavini naməlum şəxslər tərəfindən evinin yaxınlığında öldürülüb.
O, mülki geyimdə olub. Rəis müavininin cümə namazına qatıldıqdan sonra öldürüldüyü bildirilir.