İranın yol və şəhərsalma nazirinin Azərbaycana səfəri başlayır

Xəbər - Elnur Bağışov – Trend:

Bu gün İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi yüksək
səviyyəli heyətin müşayiəti ilə Azərbaycana səfər edəcək.

Bu barədə AzerTimes-a diplomatik mənbədən məlumat verilib.

İranlı heyətin Azərbaycana səfəri bu gün Naxçıvana səfərlə
başlayacaq, daha sonra səfər Bakıda davam edəcək.

Nazirin səfəri 11 martda Azərbaycan-İran Hökumətlərarası Birgə
İqtisadi Komissiyanın iclasının keçirilməsi çərçivəsində baş
tutacaq.


Səfər çərçivəsində R.Qasemini bir neçə nazirin müavini və digər
rəsmi şəxslər müşayiət edəcək.

Səfər çərçivəsində İran heyəti iki ölkənin birgə əməkdaşlıq üzrə
layihələri ilə tanış olacaqlar.

Teqlər: