İranın yol və şəhərsalma nazirinin Azərbaycana səfəri başlayıb

Xəbər - Elnur Bağışov – Trend:

İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin rəhbərlik
etdiyi heyətin Azərbaycana səfəri Naxçıvan Muxtar Respublikasından
başlayıb.

AzerTimes-ın məlumatına görə,
səfər çərçivəsində R.Qaseminin Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinin sədri Vasif Talıbovla görüşəcək, Culfa sərhəd terminalı,
Culfa-Təbriz dəmiryol stansiyası ilə yaxından tanış olacaq.

İranın yol və şəhərsalma naziri bildirib ki, səfər çərçivəsində
Tehran-Bakı münasibətləri bütün sahələrdə inkişaf etdiriləcək.
Enerji, sənaye, investisiya, məhsul mübadiləsi sahəsində əməkdaşlıq
üzrə anlaşmalar əldə olunacaq və Azərbaycan-İran Hökumətlərarası
Birgə İqtisadi Komissiyanın 15-ci iclasının sonunda yekun sənəd
imzalanacaq.

Teqlər: