İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək

Xəbər - Elnur Bağışov – AzerTimes:

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi sabah (24 yanvar) yüksək səviyyəli heyətin müşayiəti ilə Azərbaycana səfər edəcək.

AzerTimes-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, iki ölkə arasında bir çox sahələrdə birgə böyük proyektlər var. İranlı nazirin səfəri çərçivəsində iki ölkə arasında enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sahələrdəki proyektlər haqda müzakirələr aparılacaq.

Səfər çərçivəsində iranlı nazir Azərbaycan rəsmiləri ilə görüşəcək.

Teqlər: