İranın yeni prezidenti ilə Oman sultanı arasında telefon danışığı baş tutub

İran İslam Respublikasının yeni prezidenti İbrahim Rəisi Oman sultanı Haytam bin Tariq ilə telefon danışığı aparıb.

AzerTimes-ın IRNA-ya istinadən verdiyi məlumata görə, söhbət əsnasında İran prezidenti qonşu ölkələrlə danışıqların yeni hökumətin diplomatiyasının prioriteti olacağını söyləyib.

İbrahim Rəisi qarşılıqlı siyasi etimad sayəsində İran-Oman əlaqələrinin genişləndirilməsinin qazanıla bilən hədəf olduğunu qeyd edərək bildirib: “İki xalq arasındakı qardaşlıq və iki hökumət arasındakı dostluq tarixi o qədər dərin və güclüdür ki, regional və beynəlxalq hadisələr heç vaxt onları zəiflətməyib”.

Teqlər: