İran təyinatlı başlığa və uçan hədəfləri vurmaq qabiliyyətinə malik yeni “Şahid-238” pilotsuz uçuş aparatları (PUA) yaradıb.
AzerTimes xəbər verir ki, bu barədə “Army Recognition” nəşri məlumat dərc edib.
Bildirilib ki, PUA üç versiyada hazırlanıb və müxtəlif missiyalar üçün nəzərdə tutulub.
PUA-nın xüsusiyyətlərindən məlum olur ki, o, həm yerdə, həm də havada hədəflərə hücum edə bilir. Həmçinin bildirilir ki, “Şahid-238” ABŞ-ın “MQ-9 Reaper” pilotsuz təyyarəsini ələ keçirməyi bacarıb.
“Şahid-238” xarici görünüşünə görə “Şahid-136″ya bənzəsə də, onların mühərrik hissəsində fərqlər var. “Şahid-238” inteqrasiya olunmuş, daha ağır “Toloue-10” mini-turbojet mühərriki ilə təchiz edilib.
“Şahid-238″in texniki xüsusiyyətləri belədir:
– uzunluğu 3,5 m;
– qanad genişliyi 3 m;
– 600 km/saata qədər sürət;
– zərbə sürəti 700 km/saatdan çox;
– maksimum uçuş hündürlüyü 9,144 m;
– uçuş müddəti 2 saat;
– maksimum uçuş çəkisi 380 kq;
– GPS/INS və GNSS bələdçi sistemi.