Xəbər - Elnur Bağışov – Trend:
İranın xarici siayəstində, əsasən də yeni hökümətin dövründə qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi prioritetdir.
Trend xəbər verir ki, bunu İran Azərbaycandakl səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabının qələbəsinin 43 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.
S.A.Musəvinin sözlərinə görə, İranın prezidenti indiyədək 3 ölkəyə səfər edib. bu üç səfər region ölkələrinə baş tutub.
İki ölkə üçün önəmli olan səfər isə Türkmənistana səfər idi. Həmin səfərdə Azərbaycan və İran prezidentlərinin görüşündə səmimi münasibətlər vurğulanıb.
“Bu görüş iki ölkə münasibətlərində dönüş nöqtəsi olaraq qiymətləndirilir”. – deyə səfir qeyd edib.