
İranın vitse-prezidenti İsmail Səqab İsfahaninin noyabrın 30-da Gərmsar-Tehran magistral yolunda baş verən avtomobil qəzasında yaralanan övladları həyatlarını itiriblər.
AzerTimes xəbər verir ki, bu barədə İsmail Səqab İsfahani X sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, avtoqəzada ağır yaralanan və beyin ölümü keçirən qızı Hüsna və oğlu Sübhan xəstəxanada vəfat ediblər.
Xatırladaq ki, Səqabın həyat yoldaşı da həmin qəzada həlak olub.

