İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib.
Müdafiə Nazirlıiyindən verilən məlumata görə, gəmilər Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə gəliblər.
Gələn gəmilər arasında İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya, eləcə də “Jayık” hidroqrafiya gəmiləri var.
Avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.