Qasım Süleymaninin öldürülməsindən bəri İslam Respublikası qisas almağa çalışır və Tramp açıq şəkildə bu təhdidlərin hədəfi olub.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
O vurğulayıb ki, bu təhdidlər təkcə internet müzakirələri deyil, real təhlükələrdir.
Qeyd edək ki, CNN kəşfiyyat məlumatına əsasən İranın Trampa sui-qəsd etməyə çalışdığı, buna görə siyasətçinin mühafizəsinin gücləndirildiyi haqda məlumat yayıb, amma Pensilvaniyadakı sui-qəsd cəhdinin arxasında tehranın dayanmadığını bildirib.
İran isə bu informasiyanı qəti şəkildə təkzib edib.